Yuxarı

"Kölgə donanması" hərbi qarşıdurmaya səbəb ola bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Kölgə donanması" hərbi qarşıdurmaya səbəb ola bilər

Rusiya, İran və Venesuela tərəfindən Qərbin sanksiyalarından yan keçmək və yükləri Çin, eləcə də Hindistan da daxil olmaqla, müştərilərə çatdırmaq üçün istifadə edilən “kölgə donanması” sürətlə böyüyür. Bu baxımdan Moskvada qarşıdurma cəhdlərinin hərbi konfrontasiyaya səbəb olacağı ilə bağlı narahatlıqlar artır.

Axar.az xəbər verir ki, bu barədə "Quardian" məlumat yayıb.

Məlumata görə, Rusiyanın “kölgə donanması” gəmilərinin əksəriyyəti başqa bayraqlar altında üzür və açıq şəkildə Avropaya meydan oxuyur.

"Kölgə donanması”nın özü yeni təhlükə deyil. Lakin Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalından sonra bu, kəskin şəkildə genişləndi. Nəticədə "kölgə donanması" ilə bağlı dünya üzrə 900-1200 gəmi fəaliyyət göstərir", - deyə bildirilib.

Qeyd olunub ki, “kölgə donanması” ilə mübarizə aparmağa çalışan ölkələr gəmilərə təzyiq göstərmək üçün dəniz təhlükəsizliyi, sığorta və təhlükəsiz naviqasiya praktikasına dair beynəlxalq qanunlara və konvensiyalara istinad etməyə məcburdur:

"Bununla belə, beynəlxalq ictimaiyyətin sanksiyaları tətbiq etmək istəyinin artması Rusiya ilə birbaşa qarşıdurma riskini daşıyır. Məsələn, may ayında Estoniya Hərbi Dəniz Qüvvələrinin Finlandiya körfəzində gəminin qarşısını almaq cəhdi artıq Rusiyanın Su-35 qırıcısının Estoniyanın hava məkanına daxil olması ilə nəticələnib".

Tarix
2025.12.22 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla