Yuxarı

Putinin istefaya göndərdiyi “boz kardinal” kimdir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin bu gün Rusiyanın "boz kardinal"ı hesab edilən Sergey İvanovu istefaya göndərdi. İvanov son 15 ildə Rusiyanın siyasi həyatında əsas fiqurlardan biri hesab olunurdu. Kifayət qədər sərt siyasət tərəfdarı olan İvanov həm də Putin hakimiyyətində militarist qrupun rəhbərlərindən hesab edilirdi.

Axar.az mövzunun aktuallığını nəzərə alaraq Sergey İvanov haqqında qısa informasiyanı təqdim edir.

Sergey İvanov uzun illər kəşfiyyat sahəsində çalışıb. 1976-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Minskdəki kurslarını bitirdikdən sonra bu fəaliyyətə başlayıb. 1976-1977-ci illərdə DTK-nın Leninqraddakı şöbəsində çalışıb. Məhz burada o, Vladimir Putinlə tanış olur. İvanov daha sonra 1985-ci ildə Finlandiyaya, oradan isə Keniyaya göndərilir. Buna səbəb məşhur DTK zabiti Oleq Qordiyevskinin onu Britaniya kəşfiyyatına satması olur. İvanovla yanaşı, onlarla SSRİ agenti Avropadan çıxarılır. İvanov 1991-1998-ci illərdə Rusiya Xarici Kəşfiyyat İdarəsində çalışır. Burada Xarici Kəşfiyyat İdarəsi sədrinin birinci müavini vəzifəsinə qədər yüksəlir.

Tezliklə Putin ortaya çıxır. Gələcək prezident Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri olur. Putin vəzifəyə gətirilən kimi FTX-də İvanova vəzifə verir. Nəticədə 1999-cu ildə İvanov Rusiya Təhlükəsizlik Şurasının katibi olur. O, indiyə qədər də Təhlükəsizlik Şurasının daimi üzvü funksiyasını yerinə yetirir.

2001-ci ildə İvanov Müdafiə naziri təyin edilir. Maraqlı məqam isə məhz bu dövrdən etibarən Rusiya ordusunun təkmilləşdirilməyə başlanmasıdır. Elitadakı militarist qrupun rəhbəri olan İvanov sərt bəyanatlar verir. O, dünyanın istənilən yerində Rusiyaya təhlükə yaradan istənilən terrorçuya zərbə vuracaqlarını bildirir. Məhz bundan sonra 2006-cı ildə rus kəşfiyyatının eks-əməkdaşı Aleksandr Litvinenko Böyük Britaniyada, çeçen mücahidlərinin lideri Zəlimxan Yandarbiyev isə 2004-cü ildə Qətərdə qətlə yetirilir.

İvanov nə qədər etibarlı kadr olsa da, Putin heç vaxt onu özündən qabağa buraxmayıb. 2008-ci il prezident seçkisində Putinin əsas xələflərindən biri İvanov hesab olunurdu, lakin rus lider qəfildən Dmitri Medvedyevi öz varisi elan edir. Bundan sonra İvanov da Medvedyevə dəstək verir. Hətta vəziyyət o həddə çatır ki, elitanın başqa qruplaşmalarının nümayəndələri də İvanovun prezident olmaması üçün Medvedyevi dəstəkləyirlər.

Militarist qrupun rəhbəri olan İvanov xüsusilə MDB məkanına qarşı daha sərt siyasətin tətbiqinin tərəfdarıdır.

Tarix
2016.08.12 / 18:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İranı vururlar, əvəzində Rusiya pul qazanır - Arkov

Bakı ilə Ankaranın müqavimət gücünü artırması... - Gülər

Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü

Dövlət qulluqçularının reyestri qaydası ilə bağlı dəyişiklik

Bakının axtardığı milyarderi Ermənistan saxladı

Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?

Solovyov növbəti dəfə hörmətsizlik etdi - Bakıdan cavab

Bayramovla Lavrov danışdı: İsrail-İran qarşıdurması...

İlham Əliyev sabah Türkiyəyə gedəcək

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla