Yuxarı

İrandakı etirazlarda maraqlı İsraildir, ABŞ-ı razı sala bilsə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandakı etirazlarda maraqlı İsraildir, ABŞ-ı razı sala bilsə...

İrandakı vəziyyət idarəolunandır, elit konsensus pozulmayıb, SEPAH və təhlükəsizlik qüvvələri əraziyə nəzarət edir. Sanksiyalar böhranı daha da pisləşdirib, lakin etirazların özü rejimin süqutu demək deyil.

Axar.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, İran üzrə ekspert Lana Rəvandi-Fədai “Qafqaz Bürosu” Teleqram kanalına deyib.

Fədai əsas təhlükənin xarici amil olduğunu qeyd edib:

“ABŞ etirazları birbaşa idarə etmir, əksinə, onlardan təzyiq vasitəsi kimi fəal şəkildə istifadə edir - ritorika, informasiya dəstəyi və rejimin qanunsuzluğu ideyasını daim aşılamaqla. Lakin ən riskli oyunçu İranın uzun müddət davam edən daxili qeyri-sabitliyində maraqlı olan İsraildir. İsrail Vaşinqtonu İrana qarşı əməliyyatda iştirak etməyə razı sala bilsə, bütün region üçün təhlükə səviyyəsi kəskin şəkildə artacaq. Tarix göstərir ki, bu cür ssenarilər tez-tez ABŞ-da dəstək tapır. Hazırkı anı xüsusilə təhlükəli edən İranın daxili böhranı, İsrailin eskalasiya kursu və Amerikanın burda iştirakı riskinin birləşməsidir. Eyni zamanda, İran əvvəlki toqquşmalardan ciddi dərslər çıxarıb və birbaşa təcavüz halında sərt cavab verməyə hazırdır”.

Tarix
2026.01.07 / 13:50
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

Gürcüstanda ciddi qəza olanda Azərbaycan dəstək göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla