Yuxarı

Növbə Türkiyəyə çatır: ərazi iddiası? – Ərbakanın xəbərdarlığı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Növbə Türkiyəyə çatır: ərazi iddiası? – Ərbakanın xəbərdarlığı

Məlum olduğu kimi, İranda mövcud rejmə qarşı etiraz aksiyaları davam edir. Bu kontekstdə sosial mediada 1992-ci ildə Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakanın çıxışı yenidən gündəmə gəlib.

Axar.az Globalinfo.az-a istinadla həmin çıxışı təqdim edir:

“Ər-Riyadda iki amerikalı zabit xəritə üzərində Kərkük–Mosul bölgəsinə işarə edərək bizim bir jurnalistə bunları deyir: “Burada bir kürd dövləti qurulacaq. Müharibə bitəcək, Səddam Hüseyn rejimi çökəcək”. Bu fikirlər hələ Körfəz müharibəsi başlamamışdan əvvəl səsləndirilir.

Həmin adamlar qeyd edir ki, Səddam devrildikdən sonra bu bölgədə dövlət hakimiyyəti qalmayacaq, dövlət idarəetməsindən məhrum bir boşluq yaranacaq. Bu, əvvəlcədən planlaşdırılıb. Kürdlər bir dövlət quraraq həmin boşluğu dolduracaqlar. Hətta Türkiyədən torpaq tələb edə bilərlər.

Türkiyənin bunu qəbul etməyəcəyini söylədikdə isə belə cavab verirlər: “O zaman döyüşəcəksiniz”.

Yenidən sual olunur:

“Türkiyənin nizami ordusu, silahları, artilleriyası, zirehli texnikası, tankları, təyyarələri və raketləri var. Belə bir gücə qarşı necə müqavimət göstərəcəksiniz? Üstəlik, İran, Suriya və İraq da öz ərazi bütövlüklərini açıq şəkildə müdafiə edirlər. Onlar bölgədə bir kürd dövlətinin yaranmasına necə göz yuma bilərlər?”

Amerikalı zabit isə son dərəcə arxayın və sakit şəkildə belə cavab verir:

“İraqın şimalındakı kürdlərin də tezliklə çoxlu silahları olacaq. Səddamdan qalan silahlar onların əlinə keçəcək. Bəlkə də Türkiyə ilə müqayisədə daha müasir silahlara sahib olacaqlar: təyyarələr, tanklar, raketlər, zirehli texnika, helikopterlər, hava limanları və sair".

Bu sözlər nə vaxt deyilir? Körfəz müharibəsinin lap əvvəlində — müharibə hələ başlamamışkən.

Hörmətli millət vəkilləri, əziz millətimizin övladları, oxuduğum bu sənəd nəyi göstərir? ABŞ, xarici güclər və İsrail bütün bu hadisələri planlı şəkildə həyata keçirir. Onların uzunmüddətli planları var. Təəssüf ki, bizim planımız yoxdur, sadəcə onlara xidmət edirik”.

Tarix
2026.01.11 / 13:11
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla