Yuxarı

Rusiyanın bu addımı İrana xəyanət olar - Zatulin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın bu addımı İrana xəyanət olar - Zatulin

Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Başqa bir rejimlə əməkdaşlığa hazırlıq barədə bəyanatlar gərginləşmə dövründə xəyanət kimi qəbul edilə bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, ölkələr və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

“Hazırda İranda vəziyyət gərgindir. “Bəs əgər...” mövzusunu müzakirə etmək hələ tezdir. Birdən amerikalıların və görünür, İsrailin planlaşdırdığı şey baş versə: İranı daxildən partlatmaq, problemlər və çatışmazlıqlar barədə spekulyasiya edərək çevriliş etmək... Bu məsələnin burada müzakirəsi İranın hazırkı rəhbərliyinin problemlərini daha da artıracaq, çünki bu, Rusiyanın onlardan başqası ilə münasibət qurmaq istəyi kimi təsəvvür ediləcək, bu da eskalasiya dövründə bir növ xəyanət qoxusu verir. Hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi də daxil olmaqla, müqavilə münasibətlərimiz olan İranın hazırkı rəhbərliyini dəstəkləmək və digər ölkələrin İranın daxili işlərinə müdaxilə cəhdlərini mümkün qədər boğmaq bizim üçün məntiqlidir”, - o bildirib.

Tarix
2026.01.12 / 16:44
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla