Yuxarı

Rza Pəhləvi: Xalq Trampı gözləyir, İran vurulmalıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rza Pəhləvi: Xalq Trampı gözləyir, İran vurulmalıdır

İran xalqının mübarizəsi təkcə özü üçün deyil, həm də dünyanı terrorçu rejimdən xilas etmək üçündür.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi “Foks Nyus"a deyib.

Onun sözlərinə görə, güc balansını xalqın xeyrinə dəyişməyin yeganə yolu rejimin repressiya alətlərini zərərsizləşdirməkdir:

“Bu, ABŞ Prezidenti Donald Trampın rejimin İran xalqına qarşı zorakılıq tətbiq etməsinin nəticələri ilə bağlı son xəbərdarlıqları çərçivəsində mümkündür. Bu rejimin dediyi sözlərin bir kəlməsinə belə inanmaq olmaz. Onlar aciz halda sadəcə vaxt udmağa çalışırlar”.

Pəhləvi Tramp administrasiyasının İranla mümkün danışıqları ehtimalı barədə qeyd edib:

“Donald Tramp dediyini yerinə yetirən və sülh tərəfdarı olan adam olduğunu sübut edib. O bilir ki, insan həyatını qorumağın ən yaxşı yolu bu qədər insanın ölümünə səbəb olmuş repressiya alətlərini aradan qaldırmaqdır. Hamımız bilirik ki, radikalizm, terrorizm, nüvə təhdidi və bu rejimin dünyaya zorla qəbul etdirdiyi bütün böhranlara son qoymağın ən yaxşı yolu bu hakimiyyətin bir zərbə ilə aradan qaldırılmasıdır.”

O əlavə edib ki, hələ də meydanda olan etirazçılar amansız rejimin qarşısında silahsızdırlar və hava dəstəyinə ehtiyac duyurlar.

Rza Pəhləvi ABŞ Prezidentinin ritorikasındakı dəyişikliklə bağlı deyib ki, bu dəyişiklik Trampın hələ nəzərdən keçirdiyi bütün variantlar barədə açıq danışmaq istəmədiyi və qərarlarını strateji mülahizələr çərçivəsində saxlamağa üstünlük verdiyini göstərə bilər:

“Azadlıq uğrunda mübarizə aparan hər kəs dəstəyə ümid edir, xüsusən də bu dəstək açıq şəkildə bəyan edilibsə. İndi insanlar onun praktiki hissəsini gözləyirlər. Tramp “yeni Obama” olmaq istəmir. İndiyədək mövcud olan inam ondan ibarətdir ki, müəyyən addımlar atılacaq, əlbəttə, ABŞ Prezidentinin bütün variantları nəzərdən keçirmək hüququ da var”.

Tarix
2026.01.23 / 13:16
Müəllif
Axar.az
Digər xəbərlər

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

Əgər QRU generalı Moskvanın mərkəzində güllələnirsə...

Bayramov İshaq Dara zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla