Yuxarı

Britaniyanın cavabı gecikmədi: diplomat ölkədən qovulur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniyanın cavabı gecikmədi: diplomat ölkədən qovulur

Böyük Britaniya hakimiyyəti rusiyalı diplomatlardan birini ölkədən çıxarmaq və onun akkreditasiyasını ləğv etmək barədə qərar verib.

Axar.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat yayılıb.

Rəsmi London sözügedən qərarı Rusiya tərəfinin hərəkətlərinə cavab olaraq verib. Belə ki, ötən ayın ortalarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvadakı Britaniya səfirliyinin əməkdaşının Britaniya kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyini bəyan edib. Söhbət İnzibati və İqtisadi Departamentin ikinci katibi Qaret Samuel Devisdən gedir və onun akkreditasiyası ləğv edilib, iki həftə ərzində ölkəni tərk etmək tələbi irəli sürülüb.

Məsələ ilə əlaqədar Rusiyanın Londondakı səfiri Andrey Kelin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Böyük Britaniyanın hadisəni diplomatik missiyasının əməkdaşlarına qarşı qəbuledilməz təzyiq kimi qiymətləndirdiyi və cavab tədbirlərinin görüldüyü bildirilib.

Britaniya akkreditasiyası ləğv ediləcək diplomatın adını açıqlamayıb.

Tarix
2026.02.02 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla