Yuxarı

Trampa sui-qəsd cəhdi: Ömürlük həbs cəzası verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampa sui-qəsd cəhdi: Ömürlük həbs cəzası verildi

Florida ştatının Cənub Dairəsi Federal Məhkəməsi Donald Trampa qarşı 2024-cü il prezidentlik kampaniyası zamanı sui-qəsd cəhdində təqsirli bilinən Rayan Uesli Rutu ömürlük həbs cəzasına məhkum edib.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus”un məlumatında deyilir.

2025-ci ilin sentyabr ayında məhkəmə Rutu prezidentliyə namizədə qarşı sui-qəsd cəhdi, federal məmura hücum və qanunsuz silah-sursat saxlama da daxil olmaqla beş maddə üzrə təqsirli bilib. Rut özünü günahkar hesab etməyib.

Qeyd edilir ki, Rut sui-qəsd cəhdindən bir ay əvvəl Ukraynadan raket qurğusu almağa cəhd edib.

Xatırladaq ki, 2024-cü ildə Tramp iki sui-qəsd cəhdindən sağ çıxıb. İyulun 13-də Pensilvaniyada gələcək prezidentin seçicilər qarşısında çıxışı silah səsləri ilə kəsilib. İyirmi yaşlı Tomas Metyu Kruks təhlükəsizlik perimetri xaricində binanın damından atəş açıb. Güllələrdən biri Trampın qulağına dəyib və o, səhnədən ABŞ Məxfi Xidmətinin agentlərinin müşayiəti ilə enib.

Sentyabrın 15-də siyasətçinin Floridada oynadığı qolf klubunda atışma baş verib. Silahlı şəxs Trampdan təxminən 500 metr aralıda kolluqların arasında olub. Tüfəngin lüləsini görən Gizli Xidmət agentləri atəş açıblar. Şübhəli silahı yerə ataraq avtomobilə minib qaçsa da, tezliklə yaxalanıb.

Tarix
2026.02.04 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla