Yuxarı

Rusiya böyük böhranla qarşı-qarşıya: Bu ölkələrə üz tutdu...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya böyük böhranla qarşı-qarşıya: Bu ölkələrə üz tutdu...

Rusiya son onilliklərdə əmək bazarında ən kəskin böhranla üz-üzədir və rusiyalı işəgötürənlər yeni ölkələrdə kadr axtarışlarını genişləndirirlər.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazıb.

Agentlik qeyd edir ki, Kreml indi Hindistan, Banqladeş, Şri-Lanka və Çindən işçi qüvvəsi cəlb etməyə çalışır:

“Rusiyanın qiymətləndirmələrinə görə, onilliyin sonuna qədər ölkə iqtisadiyyatına əlavə olaraq daha 11 milyon işçi lazım olacaq. Bu məsələ Vladimir Putinin dekabr ayında Nyu-Delhiyə səfəri zamanı gündəmin əsas mövzularından biri olub və həmin vaxt əmək miqrasiyası prosedurlarının sadələşdirilməsinə dair saziş imzalanıb.

Saziş bağlanmazdan əvvəl belə, Rusiyanın Hindistan vətəndaşlarına verdiyi iş icazələrinin sayı ötən il 56 mindən çox olub, halbuki 2021-ci ildə bu göstərici təxminən 5 min idi. Ümumilikdə isə əcnəbilərə verilən iş icazələrinin sayı 2025-ci ildə 240 mindən çox olub ki, bu da ən azı 2017-ci ildən bəri ən yüksək göstəricidir. Xarici işçilərin sayındakı artımın böyük hissəsi Hindistan, Banqladeş, Şri-Lanka və Çinin payına düşür.

Bu il Hindistandan və Cənubi Asiyanın digər ölkələrindən olan işçilər Rusiyanın iri şəhərlərində qar təmizlənməsi kimi bələdiyyə vəzifələrində çalışmağa başlayıblar. Bununla yanaşı, əcnəbi işçilər tikinti sahələrində, restoranlarda və digər şəhər xidmətlərində də işə düzəlirlər”.

Tarix
2026.02.07 / 20:29
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla