Yuxarı

Epşteyn qalmaqalı: Starmerin aparat rəhbəri istefa verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Epşteyn qalmaqalı: Starmerin aparat rəhbəri istefa verdi

Böyük Britaniyanın Baş naziri Keyr Starmerin aparat rəhbəri Morqan Maksuini istefa verib.

Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, aparat rəhbəri pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə dostluq etmiş Piter Mandelsonun ABŞ-a səfir təyin edilməsi ətrafında yaranmış qalmaqalla əlaqədar vəzifəsindən istefa verib.

O bildirib ki, vəziyyəti hərtərəfli dəyərləndirdikdən sonra hökumətdən ayrılmaq qərarı verib. Maksuininin sözlərinə görə, Piter Mandelsonun səfir təyin olunması səhv addım olub və bu qərar həm Leyboristlər Partiyasına, həm də ölkəyə zərər vuraraq siyasətçilərə olan etimadı sarsıdıb.

Aparat rəhbəri etiraf edib ki, Mandelsonun bu vəzifəyə namizədliyini məhz özü Baş nazir Keyr Starmerə tövsiyə edib və həmin tövsiyəyə görə bütün məsuliyyəti üzərinə götürür.

Qeyd edək ki, Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri və Avropa Komissiyasının keçmiş ticarət komissarı Piter Mandelson məşhur amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri səbəbindən hakim Leyboristlər Partiyasının sıralarından ayrılıb.

Mandelson ötən il bu əlaqələrə görə ABŞ-dakı səfir vəzifəsindən azad edilib. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərə görə, onun 2000-ci illərin əvvəllərində Epşteyndən bir neçə ödəniş aldığı iddia edilir. Bank qeydləri göstərir ki, Epşteyn 2003-2004-cü illər arasında üç əməliyyatda Mandelsonla əlaqəli hesablara ümumilikdə 75000 dollar köçürüb.

Tarix
2026.02.08 / 20:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla