Yuxarı

Zəlzələdə qızının öldüyü gün və saatda yeni övladı oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəlzələdə qızının öldüyü gün və saatda yeni övladı oldu

6 fevral 2023-cü ildə Qəhrəmanmaraşda baş verən zəlzələdə 12 yaşlı qızını itirən Gültən Sarıgül üç il sonra eyni gündə və eyni saatda yeni övladını dünyaya gətirib.

Axar.az "Unikal"a istinadən xəbər verir ki, dünən Malatya Təlim və Araşdırma Xəstəxanasında oğlan uşağı dünyaya gətirən 37 yaşlı Gültən Sarıgül 6 fevral zəlzələsində Çavuşoğlu məhəlləsindəki evlərinin dağıldığını və özünün, ərinin və üç uşağının dağıntılar altında qaldığını deyib.

O, dağıntılar altından qruplar tərəfindən xilas edildiyini, lakin 12 yaşlı qızı İkranurun cansız bədəninin səhər saat 10:30 radələrində tapıldığını bildirib. Sarıgül qızını itirdiyi gün və saatda yeni övladını qucağına alıb.

"6 fevralda Allah bizə oğlumuzu nəsib etdi. Beşmərtəbəli binanın 4-cü mərtəbəsində yaşayırdıq. Qızımın ölümünün ildönümü idi, amma qəbiristanlığa gedə bilmədik. Bu gün xoşbəxt, sevincli və eyni zamanda kədərliyik", - deyə Gültən bildirib.

Tarix
2026.02.09 / 01:13
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla