Yuxarı

Rusiyanın müharibədə aylıq itkiləri: Putin əvəzləyə bilmir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın müharibədə aylıq itkiləri: Putin əvəzləyə bilmir

Rusiya rəhbəri Vladimir Putin Ukraynada kəskin insan resursları böhranı ilə üzləşib.

Axar.az xəbər verir ki, bu barədə “Telegrаf” nəşri yazıb.

Nəşr qeyd edir ki, Rusiya orduya insanları hətta həbsxanalardan və üçüncü dünya ölkələrindən cəlb etməyə çalışmasına baxmayaraq, Ukraynada döyüş meydanındakı itkiləri əvəz edəcək kifayət qədər könüllü tapa bilmir. Bildirilir ki, Rusiyanın cəbhədə aylıq itkiləri 35 min civarında qiymətləndirilir.

Vurğulanır ki, Rusiya qoşunları irəliləməyə davam etsə də, bu irəliləyiş son dərəcə ləngdir: bəzi istiqamətlərdə gün ərzində cəmi 15–75 metr təşkil edir.

Qeyd olunur ki, bu temp I Dünya müharibəsindəki Somma və ya Paşendal döyüşləri kimi bir çox ağır hücum əməliyyatlarından da yavaşdır. Bununla yanaşı, təcavüzkar ölkənin şəxsi heyət itkiləri daha yüksəkdir.

Nəşrin kəşfiyyat dairələrindəki mənbələrinə görə, Putin hazırda “gizli səfərbərlik” həyata keçirir. Əvvəllər hər çağırış dövründə təxminən 130 min nəfəri əhatə edən adi altıaylıq hərbi çağırış sistemi davamlı çağırış mexanizmi ilə əvəz olunub.

Bunun məqsədi faktiki olaraq çağırılan kişilərin real sayını gizlətməkdir. Məlumata görə, adətən infrastrukturun mühafizəsi və arxa cəbhə tapşırıqları üçün nəzərdə tutulan ehtiyat qüvvələr əslində ön xətt bölmələrinə yönləndirilir.

Bildirilib ki, bu yeni gizli səfərbərlik 2022-ci ildə həyata keçiriləndən daha genişmiqyaslıdır və məhz buna görə Putin onun gizli saxlanılmasına xüsusi önəm verir.

Tarix
2026.02.14 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla