Yuxarı

Britaniya Kiyev üçün qoşunlarını bu ölkələrdən çıxara bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya Kiyev üçün qoşunlarını bu ölkələrdən çıxara bilər

Ukraynada mümkün sülh sazişi bağlandıqdan sonra hərbi kontingent yerləşdirmək üçün Böyük Britaniya ehtimal ki, qüvvələrini Estoniya və Kiprdən çıxarmağa məcbur olacaq.

Axar.az xəbər verir ki, bu barədə yüksək vəzifəli müdafiə rəsmilərinin qiymətləndirmələrinə istinadən “Tayms” nəşri yazıb.

Məqalə müəllifləri xatırladırlar ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Böyük Britaniya və Fransa Rusiya ilə sülh sazişi bağlanacağı təqdirdə Ukraynaya hərəsi 5000 hərbçi göndərməyi öhdəsinə götürüb. Lakin Londonun bu vədi yerinə yetirmək üçün kifayət qədər resursu yoxdur. Müdafiə Nazirliyinin daxili planlaşdırması daha az miqyaslı qoşun yerləşdirilməsini nəzərdə tutur.

“Nəzərə alaq ki, real olaraq 5000 hərbçi göndərmək üçün ümumilikdə 20 000 qüvvə lazımdır. Bu rəqəmlərə çatmaq üçün biz Baltik ölkələrindən və ya Kiprdən qoşunları çıxarmalı olacağıq. Bu isə ideal variant deyil. Əgər Baltik ölkələrindən çıxarsaq, bu, bizim üçün əlavə bir cəbhə aça bilər. Kipr isə son dərəcə vacib imkanlara malikdir. Biz 5000 əsgəri yalnız bir il müddətinə göndərə və onları yüngül silahlarla təmin edə bilərik. Amma onların hərəkət edəcəyi texnika olmayacaq”, – deyə müdafiə qurumundakı adı açıqlanmayan mənbə jurnalistlərə bildirib.

Tarix
2026.02.26 / 09:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla