Yuxarı

Bu, xalqın yaddaşından silinməyəcək - Pezeşkian

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, xalqın yaddaşından silinməyəcək - Pezeşkian

Minab rayonunun "Şəcərəyi-Təyyibə" ibtidai məktəbində baş vermiş bu sarsıdıcı faciə və ABŞ ilə İsrailin qeyri-mülki obyektlərə qarşı həyata keçirdiyi hücum nəticəsində onlarla məsum şagirdin şəhadəti İran xalqının, eləcə də dünyanın vicdanlı və azad insanlarının qəlbini dərin kədərə qərq edib.

Axar.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkianın bu mesajı İranın Azərbaycandakı səfirliyinin Teleqram kanalında yayılıb.

"Bu vəhşi və insanlıqdan uzaq əməl, bu torpağa qarşı törədilmiş saysız-hesabsız cinayətlərin qara salnaməsində daha bir səhifə olmaqla, xalqımızın tarixi yaddaşından heç vaxt silinməyəcək", - Pezeşkian bildirib.

O, bu hücumu pisləməklə yanaşı, baş vermiş ağır müsibət münasibətilə övladlarını itirmiş ailələrə, Minabın şərəfli xalqına, eləcə də bütün İran millətinə dərin hüznlə başsağlığı verib:

"Eyni zamanda regionda fəaliyyət göstərən bütün xilasetmə, tibbi və aidiyyəti qurumlardan istəyirəm ki, bütün mövcud imkanlarını səfərbər edərək bu faciə zamanı xəsarət almış şəxslərin vəziyyətinə təxirəsalınmadan, fasiləsiz və ən yüksək prioritetlə baxılmasını, habelə zərərçəkmiş ailələrin hərtərəfli qayğı ilə əhatə olunmasını təmin etsinlər".

Qeyd edək ki, qızlar məktəbinə endirilən zərbə nəticəsində 160 nəfərin öldüyü bildirilir.

Tarix
2026.02.28 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

WUF14 bu şəhərdə keçiriləcək

İlham Əliyev III Msvatini qəbul etdi

İlham Əliyev Pəncabın baş naziri ilə görüşdü

İlham Əliyev Tokayevə zəng etdi

Mirziyayev Bakıya gəlir

İlham Əliyev Keniya prezidentini qəbul etdi

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla