Yuxarı

İsraildən qərar: Hava limanı bu gün açıla bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsraildən qərar: Hava limanı bu gün açıla bilər

İsrail İranla aralarında davam edən münaqişə şəraitində hava məkanının mərhələli və nəzarət altında bərpası barədə qərar qəbul edib. Bu, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla və hərbi qurumlarla razılaşdırılmaqla səmanın qismən açılmasını nəzərdə tutur.

Axar.az xəbər verir ki, “El-Al” aviaşirkəti bazar ertəsi Şimali Amerika, Avropa və Asiyada onlarla xilasetmə reysini həyata keçirməyə hazırlıq görüldüyünü bildirib.

Məlumatda qeyd olunub ki, ordu səmanın açılmasına icazə verdikdən dərhal sonra bu reyslərin həyata keçirilməsi mümkün olacaq. Belə ki, Ben-Qurion hava limanının bu gün açılması gözlənilir.

Qeyd edək ki, fevralın 28-də İsrail və ABŞ İran ərazisinə hava zərbələri endirməyə başladığını bəyan edib. Buna cavab olaraq İran İsrail şəhərlərinə, həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.

Tarix
2026.03.02 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla