Yuxarı

İrana xüsusi təyinatlı qüvvə... – ABŞ və İsrail müzakirə aparır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana xüsusi təyinatlı qüvvə... – ABŞ və İsrail müzakirə aparır

ABŞ və İsrail İranla müharibənin sonrakı mərhələsində yüksək zənginləşdirilmiş uran ehtiyatını qorumaq üçün İrana xüsusi qüvvələr göndərməyi müzakirə edirlər.

Axar.az xəbər verir ki, bu barədə “Axios” İsrail və ABŞ mənbələrinə istinadla məlumat yayıb.

Sayt bildirir ki, materialı ələ keçirmək üçün hər hansı əməliyyatın keçirilməsi və böyük ehtimalla müharibənin ortasında ABŞ və ya İsrail qoşunlarının İran ərazisində, güclü şəkildə möhkəmləndirilmiş yeraltı qurğularda hərəkət etməsi tələb olunacaq.

Hələlik məlum deyil ki, bu, Amerika və İsrailin ayrılıqda, yoxsa birgə missiyası olacaq. Bildirilir ki, əməliyyat yalnız İran ordusunun müharibədə iştirak edən qüvvələrə ciddi təhlükə yaratmayacağına əmin olunduqdan sonra həyata keçiriləcək.

İsrail müdafiə rəsmisi qeyd edib ki, Tramp və komandası xüsusi missiyalar üçün İrana əməliyyat bölmələri göndərməyi ciddi şəkildə nəzərdən keçirirlər.

ABŞ rəsmisi isə administrasiyanın materialı İrandan tamamilə çıxarmaq və ya yerində durulaşdırmaq üçün nüvə mütəxəssislərini cəlb etmək variantlarını müzakirə etdiyini bildirib.

Qeyd olunur ki, missiya ehtimal ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (AEBA) alimlərlə yanaşı, xüsusi operatorları da əhatə edəcək. Məsələdən xəbərdar olan iki mənbə bildirib ki, bu cür əməliyyatlar müharibədən əvvəl Trampa təqdim edilən seçimlər siyahısında mövcud olub.

Tarix
2026.03.08 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla