Yuxarı

Rusiya-Ukrayna müharibəsi robotların savaşına çevrilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya-Ukrayna müharibəsi robotların savaşına çevrilir

Rusiya-Ukrayna müharibəsi artıq yüksək texnologiyalı münaqişəyə çevrilib.

Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, PUA-lar Ukrayna səmasını "doldurub", pilotsuz qayıqlar isə Qara dənizdəki Rusiya donanmasını iflic edib.

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda isə Böyük Britaniyada səfir olan Valeri Zalujnı vurğulayıb ki, silahlı pilotsuz yerüstü nəqliyyat vasitələrinin rolu yaxın vaxtlarda artacaq. Onun sözlərinə görə, zərbə məqsədli PUA-lar təkcə müstəqil şəkildə deyil, həm də süni intellekt tərəfindən idarə olunan böyük “dron sürüləri”nin tərkibində istifadə olunacaq:

“Yaxın gələcəkdə onlarla, hətta yüzlərlə daha ağıllı dron görəcəyik ki, onlar müxtəlif istiqamətlərdən və hündürlüklərdən, havadan, qurudan və dənizdən eyni vaxtda hücum edəcəklər”.

Ukraynanın pilotsuz yerüstü nəqliyyat vasitələri istehsalçısı "Devdroid" şirkətinin baş direktoru Yuri Poritski isə qeyd edib ki, döyüş meydanlarında Rusiya və Ukraynanın robotları arasında toqquşma baş verməsi sadəcə zaman məsələsidir.

Tarix
2026.03.09 / 10:38
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla