Yuxarı

Krımda tatar gənclərini oğurlayırlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krımda tatar gənclərini oğurlayırlar

Krımda hərbi xidmət üçün müraciət edənlər yoxa çıxır.

"Axar.az"ın məlumatına görə, bu barədə Krım sakinləri sosial şəbəkədə şərhlər yazırlar. Onları bildirir ki, artıq hərbi xidmət üçün Ukrayna ordusuna müraciət edənlərin həyatının təhlükə altındadır. Onlara müxtəlif vasitələrlə təzyiq edilir, hətta bəzi vətəndaşlar oğurlanaraq yoxa çıxarılır.

Krım parlamentinin tatar deputatları isə belə addımın atılmasında əsas məqsədin xalq arasında qorxunu yaymaqdan ibarət olduğunu bildiriblər. Sakinlər göstərişin birbaşa Krım hakimiyyətindən gəldiyindən narahatdırlar.

Tatarlar sosial şəbəkədə provokasiyaya uymamaqla bağlı çağırışlar paylaşırlar:

"Son günlər ukraynalılar xüsusilə tatarları provokasiyaya çəkmək istəyirlər. Refat aqanın (Refat Çubarov – red.) çıxışından sonra heç bir tatar provokasiyaya cəlb olunmamağa çalışır. Başqa bir variant qalmadıqda isə rəhbərlik muxtariyyətin əleyhinə çıxanlar üçün yeni layihə hazırladı. Layihə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyənləri orduya yazılmasının qarşısını almaq və müxtəlif insanlara xəsarət verməklə, onları qəzəbləndirib provokasiyaya cəlb etməkdir. Hər şey çox sadədir. Biz qəzəblənək, hakimiyyətin üstünə qalxaq, Putin də rusları qorumaq adıyla ordunu qanuni şəkildə bura yeritsin. Aksyonov çox hiyləgərdir. Əmri yerinə yetirmək üçün rus kəşfiyyatının nümayəndələrindən belə istifadə edir. Əgər səbirli olsaq, onlarda heç bir şey alınmayacaq".

Qeyd edək ki, Krım rəhbərliyi artıq Ukrayna hakimiyyətinin əmrlərini yerinə yetirmir. Ukrayna hakimiyyəti isə Krımın yeni Baş naziri Serqey Aksyonovun bütün qərarlarının qanunsuz hesab edildiyini bəyan edib.

Tarix
2014.03.05 / 10:21
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla