Yuxarı

Bu məşhur oyunları peykimiz yayımlayacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məşhur oyunları peykimiz yayımlayacaq

Sentyabrın 3-dən 8-dək Qırğızıstanda keçiriləcək II Dünya Köçəri Oyunları "Azerspace-1" peykinin resurslarından istifadə olunaraq canlı yayımlanacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Axar.az-a verilən xəbərə görə, "Azərkosmos" ASC və Qırğızıstanın "Transfer Ltd." şirkəti arasında imzalanan müqaviləyə əsasən, 6 gün davam edəcək yarışların canlı görüntüsü dünyanın bir çox beynəlxalq yayım mərkəzinə "Azerspace-1" vasitəsilə çatdırılacaq.

Dünya Köçəri Oyunlarına 20-dən çox yarış, o cümlədən at çapma, oxatma, ənənəvi intellektual oyunlar, milli ov növləri üzrə yarışlar daxil edilib. Bundan başqa, yarışlar zamanı köçəri mədəniyyəti nümayiş olunacaq. Builki oyunlarda Azərbaycan, Argentina, Braziliya, Macarıstan, İsrail, İtaliya, Qazaxıstan, Çin, Latviya, Niderland, Pakistan, Rusiya, ABŞ və digər ölkələrdən komandaların iştirakı gözlənilir.

Qeyd edək ki, 2015-ci ildən etibarən Qırğızısatnın KTRK ictimai telekanalı da "Azerspace-1" peykinin resurslarından istifadə edir.

Tarix
2016.09.02 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla