Yuxarı

Ərdoğan Tokayevi təbrik etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Tokayevi təbrik etdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Bildirilib ki, liderlər bir-birlərini Ramazan və Novruz bayramları münasibətilə təbrik ediblər.

Türkiyə lideri Tokayevi ümumxalq referendumunun uğurla keçirilməsi və Qazaxıstanın yeni Konstitusiyasının qəbul olunması münasibətilə də təbrik edib, bunun dövlət başçısının müdrik və inamlı siyasəti sayəsində mümkün olduğunu deyib.

Tokayev Türkiyə müşahidəçilərinə referendumun keçirilməsində fəal iştirakına və yardımına görə təşəkkür edərək bildirib ki, bu, iki ölkə arasında münasibətlərin ənənəvi qardaşlıq və dostluq xarakterini əks etdirir.

Ərdoğan mayın 14-də Qazaxıstana planlaşdırılan dövlət səfərinin əhəmiyyətini vurğulayıb. Hər iki lider ikitərəfli strateji tərəfdaşlığı daha da inkişaf etdirmək üçün Astanada keçiriləcək yüksək səviyyəli danışıqların, xüsusən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının və Türk Dövlətləri Təşkilatının (TDƏ) qeyri-rəsmi zirvə görüşünün əhəmiyyətini vurğulayıblar.

Türkiyə Prezidenti öz növbəsində qazaxıstanlı həmkarını apreldə Antalyada keçiriləcək Diplomatik Forumun iclasına dəvət edib. Tokayev dəvəti qəbul edib.

Tarix
2026.03.24 / 21:43
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla