Yuxarı

Süni intellektlə yüzdən çox ekzoplanet tapıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Süni intellektlə yüzdən çox ekzoplanet tapıldı

Britaniya və Argentina astronomları əvvəllər astronomlara məlum olmayan yüzdən çox ekzoplanetin mövcudluğunu müəyyən etməyə imkan verən neyron şəbəkəsi hazırlayıblar. Bu uğur Yerə bənzəyən planetlərin və digər nadir planet növlərinin axtarışında süni intellektdən istifadəyə yol açır.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Uorvik Universitetinin mətbuat xidməti məlumat verib.

“Biz 118 ekzoplanetin mövcudluğunu təsdiqləyə bildik. Bunun sayəsində ulduzlarından qeyri-adi dərəcədə yaxın məsafələrdə orbitdə fırlanan planetlərin ən ətraflı kataloqunu tərtib etdik. Bu da bizə tədqiqat üçün ən maraqlı obyektləri seçməyə kömək edəcək”, - Uorvik Universitetinin astronomu Marin Lafarq deyib.

Alimlər bu kəşfi 2018-ci ilin aprel ayında Kepler zondunun əvəzinə orbitə buraxılan TESS (Transiting Exoplanet Survey Telescope) teleskopunun təsvirlərinin avtomatik təhlili üçün hazırlanan alqoritmi sınaqdan keçirərkən ediblər.

Tarix
2026.03.25 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla