Yuxarı

Ərdoğan sərt danışdı: Heç kim bizi diz çökdürə bilməz!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan sərt danışdı: Heç kim bizi diz çökdürə bilməz!

Türkiyənin yerləşdiyi region son yüzilliyin ən böhranlı dövrünü yaşayır. İran ətrafında gərginliyin artmasının bədəlini isə bütün bəşəriyyət ödəyir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, regionda heç kim unutmamalıdır ki, “bombaların və raketlərin ölümcül gurultusu dayandıqdan sonra” xalqlar yenə də yanaşı yaşamağa məhkumdur:

“İstər İran olsun, istərsə də Körfəzin ərəb ölkələri, məgər hamımız zərbələrə məruz qalmırıq? Türkiyə və onun xalqı dost və qardaş hesab etdiyi xalqları nə kədərdə, nə də sevincdə tək qoymayacaq. Kimin törətməsindən asılı olmayaraq, qanunsuzluğun, quldurluğun və tiranlığın bütün formalarına qarşı çıxacağıq. Ankara tarixin haqq olan tərəfində dayanır. Sağlam düşüncədən geri çəkilməyəcək və özünə nəzarəti itirməyəcəyik”.

Türkiyə lideri vurğulayıb ki, heç kim Türkiyəni diz çökdürə bilməz:

“Bütün ölkələrə qarşı sülh və sabitliyə yönəlmiş xarici siyasətimizi dəyişməyəcəyik. Qardaş xalqlar arasında düşmənçiliyi və parçalanmanı dərinləşdirəcək istənilən addımları rədd edirik”.

Tarix
2026.03.26 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla