Yuxarı

Türkiyə XİN-dən tankerin vurulmasına: Ciddi risk...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə XİN-dən tankerin vurulmasına: Ciddi risk...

Qara dənizdə türk tankerinə edilən dron hücumu ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Axar.az xəbər verir ki, nazirlik açıqlamasında xam neft daşıyan, ALTURA adlı, Sierra Leone bayrağı altında üzən və türk şirkəti tərəfindən istismar edilən tankerin bu gün Qara dənizdə məruz qaldığı hücumu böyük narahatlıqla qarşıladığını bildirib.

“Hücumla bağlı müvafiq qurumlarımız tərəfindən zəruri araşdırmalar və texniki müdaxilələr aparılır. Gəmidə olan 27 nəfərlik türk heyətinin sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib. Qara dənizdəki Müstəsna İqtisadi Zonamız daxilində baş verən və beynəlxalq hüquqa zidd olan bu və buna bənzər hücumlar bölgədə insan həyatı, əmlak, naviqasiya və ətraf mühit təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Müharibənin Qara dəniz akvatoriyasına yayılmasının və daha da gərginləşməsinin qarşısını almaq məqsədilə aidiyyəti tərəflərlə təmaslarımızı davam etdiririk”, - açıqlamada qeyd olunub.

Bildirilib ki, bu çərçivədə Türkiyə ölkənin bölgədəki iqtisadi maraqlarını və fəaliyyətlərini qorumaq məqsədilə beynəlxalq qanunlar əsasında zəruri tədbirlər görmək hüququnu da qorumaqdadır.

Tarix
2026.03.26 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla