Yuxarı

Türkiyə Gürcüstana hərbi təyinatlı texnika verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Gürcüstana hərbi təyinatlı texnika verdi

Türkiyə istehsalı olan hərbi təyinatlı texnika Gürcüstan Müdafiə Nazirliyinin Xüsusi Əməliyyatlar Qüvvələrinə verilib.

Axar.az xəbər verir ki, təhvil-təslim mərasimi Tiflisin Vaşlijvari qəsəbəsində yerləşən xüsusi təyinatlıların bazasında keçirilib.

Tədbirdə Gürcüstanı general-mayor Zaza Çxaidze, Türkiyəni isə ölkənin Gürcüstandakı səfiri Əli Kaan Orbay təmsil edib.

Texnikanın təhvil verilməsi barədə müvafiq sənədi Gürcüstan Xüsusi Əməliyyatlar Komandanlığının nümayəndəsi Teymuraz Klateişvili və Türkiyənin hərbi attaşesi İlhan Oktendurali imzalayıblar.

Rəsmi hissədən sonra qonaqlar baza ərazisində yerləşən atıcılıq poliqonuna baxış keçirib və nümayiş atışını izləyiblər.

Qeyd edək ki, 2025-ci ildə də Türkiyə Gürcüstanın Xüsusi Əməliyyatlar Qüvvələrinə müxtəlif avadanlıq təqdim edib.

Tarix
2026.03.27 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla