Yuxarı

İran ukraynalı dron ekspertlərinin olduğu məkanı vurub?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran ukraynalı dron ekspertlərinin olduğu məkanı vurub?

15:23

İran Dubayda dronlarla mübarizə üzrə ukraynalı ekspertləri hədəfə alıb.

Axar.az xəbər verir ki, bu barədə “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı məlumat yayıb.

Bildirilib ki, Dubayda ABŞ ordusuna dəstək məqsədilə yerləşdirilmiş Ukraynaya məxsus antidron sistemlərinin saxlanıldığı anbar İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik və dəniz qüvvələrinin birgə əməliyyatı nəticəsində vurularaq məhv edilib.

Həmin ərazidə olan 21 ukraynalı şəxsin taleyi barədə məlumatın olmadığı qeyd edilib.

***

Ukrayna Xarici İşlər Nazirliyi İranın Dubayda antidron sistemlərinin saxlanıldığı anbara zərbə endirməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bunu saxta xəbər adlandırıb.

"Bu, yalandır. Bu məlumatı rəsmi olaraq təkzib edirik. İran rejimi tez-tez bu cür dezinformasiya əməliyyatları aparır və ruslardan heç bir fərqləri yoxdur", - o qeyd edib.

Tarix
2026.03.28 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla