Yuxarı

İran müharibəsinin Rusiya üçün daha bir faydası...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran müharibəsinin Rusiya üçün daha bir faydası...

İranda baş verən müharibə Rusiyaya neftdən əlavə milyardlarla dollar gəlir gətirib, lakin Kreml yalnız “qara qızıl”ın qiymətinin artımından qazanmır.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazıb.

Agentlik qeyd edir ki, Hörmüz boğazı yalnız neftin deyil, həm də alüminiumun, mayeləşdirilmiş təbii qazın və bəzi gübrə növlərinin tədarükü üçün mühüm marşrutdur. Təchizatın məhdudlaşması səbəbindən bu məhsulların qiyməti kəskin artıb. Belə ki, alüminium 12%, karbamid isə demək olar ki, 75% bahalaşıb.

İranın dron və raketlərinin Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində iki böyük zavodu vurmasından sonra alüminiumun qiyməti son 4 ilin maksimumuna yaxınlaşır. Bu isə 2022-ci ildən bəri Qərb alıcılarının əsasən uzaq durduğu Rusiya metalı üçün perspektivləri yaxşılaşdırıb.

Mənbələrin sözlərinə görə, Rusiyanın “Rusal” şirkəti ABŞ və Avropadan ehtiyat istehsal gücləri ilə bağlı sorğular almağa başlayıb. Dünyada alüminiumun 5%-dən çoxunu istehsal edən şirkət son illərdə Qərbin məhdudiyyətləri səbəbindən satışlarının təxminən yarısını Çinə yönəltməyə məcbur olmuşdu. İndi isə vəziyyət dəyişə bilər.

“Bəzi digər Rusiya məhsullarının da Ukraynaya müdaxilədən sonra üzərlərində olan sanksiya təzyiqini itirməyə başladığına dair əlamətlər var.

Hörmüz boğazının bağlanması Fars körfəzindən gübrə tədarükünü ciddi şəkildə məhdudlaşdırıb. Dünya gübrə ticarətinin təxminən beşdə birinə nəzarət edən Rusiya isə bu boşluğu doldurmağa hazırdır”, - nəşr bildirib.

“Andersons Inc” şirkətinin gübrə treyderi Teylor İstmanın fikrincə, Rusiya tədarükləri azot və fosfat bazarlarında getdikcə daha vacib rol oynayır:

“Hazırda Rusiya daxili tədarüklərə üstünlük verir. Bununla belə, ölkə mövcud məhdudiyyətlər çərçivəsində və ya kvotalara daxil olmayan bəzi gübrə növlərini ixrac etməyə davam edə bilər”.

“Carnegie Russia Eurasia Center” analitik təşkilatının direktoru Aleksandr Qabuyev deyib ki, İranda müharibə olmasaydı, Rusiyanın iqtisadi vəziyyəti hazırkından xeyli pis olardı.

Bununla yanaşı, bəzi məhsulların ixracı ilə bağlı nikbin proqnozlara baxmayaraq, Ukrayna qüvvələrinin Rusiya neft emalı zavodlarına, infrastrukturuna və gübrə istehsal müəssisələrinə endirdiyi zərbələr Moskvanın bu iqtisadi üstünlüklərdən tam istifadə imkanlarını zəiflədir.

Belə ki, böyük azot gübrəsi istehsalçısı olan “Doroqobuj” zavodu fevral ayında Ukrayna zərbəsindən sonra may ayına qədər fəaliyyətini dayandırıb. Digər bəzi məhsullar üzrə isə vəziyyət daha nikbin görünür.

Tarix
2026.04.02 / 09:22
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla