Yuxarı

İranın təzminat tələbi qanunidirmi? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın təzminat tələbi qanunidirmi? - Ekspert

Bir dövlətin müharibə təzminatı tələb etməsi üçün ilk növbədə onun müharibənin başlanmasında təqsirli olmaması vacibdir. Yəni həmin dövlət ilk hücum edən, əsassız şəkildə hücuma başlayan tərəf olmamalıdır. Bu halda o, beynəlxalq hüquqa əsasən kompensasiya tələb etmək hüququ qazanır. Mövcud vəziyyətdə isə ABŞ-ın İrana qarşı hücumunun əsaslı olub-olmaması qiymətləndirilməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev İranın ABŞ, İsrail və bəzi ərəb dövlətlərindən kompensasiya tələbi məsələsindən danışarkən deyib.

O bildirib ki, İranın əsas kompensasiya tələb edəcəyi tərəflər birbaşa hücumu həyata keçirən ABŞ və İsrail olmalıdır:

“Çünki zərbələr birbaşa bu dövlətlər tərəfindən endirilib. Bununla belə, əgər bəzi ölkələr – məsələn, Bəhreyn – öz ərazilərində yerləşən ABŞ hərbi bazalarından İrana qarşı istifadə olunmasına şərait yaradıblarsa, bu halda həmin dövlətlər də birgə məsuliyyət daşıyır. Yəni onlar ABŞ və İsraillə birlikdə hüquqi məsuliyyətə cəlb oluna bilərlər.

Belə mübahisələr adətən ya beynəlxalq məhkəmələrdə, xüsusilə Beynəlxalq Ədalət Məhkəməsində, ya da diplomatik danışıqlar yolu ilə həll olunur. Sülh danışıqları çərçivəsində hansı tərəfin nə qədər zərər ödəyəcəyi müəyyənləşdirilə bilər”.

F.Mehdiyev vurğulayıb ki, İranın bu tələbi beynəlxalq hüquqa uyğundur:

“ABŞ-ın həyata keçirdiyi “qabaqlayıcı zərbə” beynəlxalq hüquq baxımından əsaslı hesab edilmir. Belə zərbə yalnız o halda qanuni sayılır ki, real və sübut olunmuş təhlükə mövcud olsun. Hazırkı məlumatlara görə isə İranın ABŞ-a qarşı hücum planı ilə bağlı ciddi sübutlar olmayıb. Bu səbəbdən İran BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə edən tərəf kimi çıxış edir və ona dəymiş ziyana görə təzminat tələb etmək hüququna malikdir”.

Tarix
2026.04.15 / 09:00
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla