Yuxarı

9 nəfəri və özünü öldürən şagirdin anası danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
9 nəfəri və özünü öldürən şagirdin anası danışdı

Türkiyənin Qəhrəmanmaraş şəhərində orta məktəbə silahlı hücum edərək 9 nəfəri və özünü öldürən qətlə yetirən 14 yaşlı İsa Aras Mersinlinin həbs olunan anası Pınar Peyman Mersinlinin ifadəsi məlum olub. “Ehtiyatsızlıqdan adam öldürməyə səbəb olma” ittihamı ilə dəmir barmaqlıqlar arxasına göndərilən ana oğlunun psixoloji müalicəsindən imtina etməsi və mütəxəssis tövsiyələrini görməzdən gəlməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib. O, ifadəsində hər şeydən əvvəl bir təhsil işçisi olduğunu vurğulayaraq, baş verənlərə görə dərin üzüntü keçirdiyini və bir ana kimi üzərinə düşən məsuliyyəti dərk etdiyini bildirib.

Axar.az Nocomment.az-a istinadla xəbər verir ki, Pınar Peyman Mersinli evdə odlu silahların saxlanılması məsələsinə də aydınlıq gətirib.

O bildirib ki, evdə birdən çox silahın olması həyat yoldaşının polis rəisi vəzifəsində çalışması ilə əlaqədardır. Ananın sözlərinə görə, həmin silahlar oğlunun asanlıqla əldə edə biləcəyi yerdə olmayıb, xüsusi sandıqda mühafizə edilib və yeniyetmə silahlara yalnız atasının nəzarəti altında baxa bilib. Müalicə prosesinə gəlincə, ana psixiatriya klinikasının hesabatlarının doğruluğunu təsdiq etsə də, tibbi yardımdan qəsdən boyun qaçırması barədə ittihamları qəbul etmədiyini qeyd edib.

Lakin Qəhrəmanmaraş Baş Prokurorluğu məsələyə tam fərqli yanaşır. Prokurorluğun açıqlamasında qeyd olunur ki, istintaq zamanı əldə edilən tibbi sənədlər ananın səhlənkarlığını sübut edir. Məlum olub ki, hadisədən əvvəl iki fərqli müəssisədə çalışan psixoloqlar İsa Arasın təcili psixiatrik müalicəyə ehtiyacı olduğu barədə rəsmi diaqnoz qoyaraq anaya xəbərdarlıq ediblər. Prokurorluq ananın bu tövsiyələri diqqətə almadığını, lazımı tibbi müraciətləri etmədiyini və bununla da yeniyetmənin qanlı cinayəti törətməsinə şərait yaradan psixoloji pozuntuların dərinləşməsinə səbəb olduğunu vurğulayıb. Məhz bu ciddi laqeydlik və hadisənin ağırlığı nəzərə alınaraq, məhkəmə ananın həbsi barədə qərar çıxarıb.

Tarix
2026.04.25 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla