Moskvaya gedən azərbaycanlıların nəzərinə!
14:20
| Ana səhifə Planet |
|
2026.04.25 - 21:27
İsrail ordusu Livanın cənubundakı Hizbullah hədəflərinə qarşı növbəti zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbələr “Radvan” xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi obyektləri, eləcə də Livanın cənubundakı bir neçə silah anbarını hədəfə alıb.
***
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Safed əl-Battik kəndinə hücum edib.
Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, hücum nəticəsində 2 mülki şəxs həlak olub, 17 nəfər isə yaralanıb.
Hazırda xilasedicilər dağıntıları təmizləyirlər, ölənlərin sayının artacağı istisna edilmir.
|
Tarix
2026.04.26 / 00:15
|
Müəllif
Ləman Cavadova
|