Yuxarı

UNO-larla bağlı məxfi məlumatlar açıqlandı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
UNO-larla bağlı məxfi məlumatlar açıqlandı - Video

ABŞ-ın hərbi dəniz qüvvələri uçan naməlum obyektlərlə (UNO) bağlı bu vaxta qədər məxfi olan arxivləri ictimailəşdirib. Arxivlər Pentaqonun saytında dərc olunub.

Axar.az Trend-ə istinadən xəbər verir ki, ABŞ-ın məxfilikdən çıxarılan UNO materiallarının ilk hissəsinə "Apollo 17 Moon Landing" aya eniş missiyasının arxiv görüntüləri, 2025–2026-cı illərə aid yeni hərbi müşahidələr və bir neçə müəmmalı hadisə daxil edilib.

İlk topluya 2023-cü ilin oktyabrında Birləşmiş Ərəb Əmirliyi səmasında qeydə alınmış və “həlli tapılmamış hadisə” kimi təsnif edilən insidentin videosu da daxil edilib. Pentaqonun yayımladığı görüntülərdə gecə səmasında hərbi müşahidə vasitələri tərəfindən qeydə alınmış, nizamsız hərəkət edən parlaq obyekt görünür. Təsvir qeydlərində obyektin mənşəyini və xüsusiyyətlərini müəyyən etməyin mümkün olmadığı vurğulanır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trump hələ aprelin sonunda bu məlumatların açıqlanacağını bəyan etmişdi.

Tarix
2026.05.08 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla