Yuxarı

ÜST-dən hantavirusla bağlı - Açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÜST-dən hantavirusla bağlı - Açıqlama

Hantavirusun əhali üçün təhlükə səviyyəsi olduqca aşağı olaraq qalır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Kristian Lindmeyer jurnalistlərə açıqlamasında deyib.

ÜST-dən bildirilib ki, virusa yoluxaraq həyatını itirən qadınla birbaşa təmasda olmuş stüardessanın test nəticəsi mənfi çıxıb.

Kristian Lindmeyer qeyd edib ki, insanlar arasında yayıla bildiyi məlum olan yeganə hantavirus növü olan “Andes virusu”nun ötürülməsi üçün çox yaxın və uzunmüddətli təmas tələb olunur.

“Bu, hər kəsi inandırmalıdır ki, bu virus təhlükəlidir, lakin əsasən yoluxmuş şəxslər üçün risk yaradır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ÜST rəsmisinin açıqlaması “MV Hondius” kruiz gəmisi ilə əlaqələndirilən hantavirusun yayılması fonunda verilib. Gəmidə bir neçə yoluxma və üç ölüm halının qeydə alındığı bildirilir.

Tarix
2026.05.08 / 21:19
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla