Yuxarı

Laçında Yeni Yaşayış Məhəlləsi salınır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçında Yeni Yaşayış Məhəlləsi salınır

Laçın şəhərində Yeni Yaşayış Məhəlləsinin təməli qoyulur.

Axar.az xəbər verir ki, bu barədə Report-a məlumat verən Laçın rayonunda Prezidentin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bildirib ki, bu, həm mənzil fondunun genişləndirilməsi, həm də yerli əhalinin məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Artıq layihə üzrə hazırlıq və mobilizasiya işlərinə start verilib. Tikinti müddəti 24 ay olaraq müəyyənləşdirilib. Hazırda ərazidə şaquli planlama və tikinti sahəsinin hazırlanması istiqamətində işlər aparılır.

Ümumi sahəsi 57 min 470 kvadratmetr olan yeni yaşayış məhəlləsi Laçının şəhərsalma konsepsiyasına uyğun şəkildə layihələndirilib.

Layihəyə əsasən ərazidə ümumilikdə 19 çoxmənzilli yaşayış binası inşa ediləcək. Bunlardan 11-i iki bloklu, 8-i isə bir bloklu olacaq. Binalar 3, 4 və 5 mərtəbədən ibarət olmaqla ümumilikdə 340 mənzili əhatə edəcək.

"Laçında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramının tərkib hissəsi olan "Yeni Yaşayış Məhəlləsi" şəhərin müasir inkişaf konsepsiyasına uyğun yaşayış mühitinin formalaşdırılmasına, iqtisadi canlanmanın sürətlənməsinə və sakinlərin rifahının yüksəlməsinə xidmət edəcək. Layihənin tamamlanması ilə şəhərin yaşayış fondu daha da genişlənəcək, sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar yaranacaq və bölgənin sosial-iqtisadi inkişafına əlavə təkan veriləcək", - H. Quliyev deyib.

Tarix
2026.06.06 / 00:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Prezident onları işdən çıxartdı

Dron hücumunda yaralanan azərbaycanlı danışdı - Video

Milli Məclisdən CNN-ə: Sübut təqdim et!

Davkovadan Əliyevə: Qəti şəkildə inanıram...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla