ABŞ Dövlət Departamenti
Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı hadisələrlə bağlı
həqiqətəuyğun olmayan 10 faktının siyahısını
hazırlayıb.
Həmin siyahı Dövlət Departamentinin saytına da
yerləşdirilib.
Ukrayna haqda 10 yalan fakt...
1. Putin deyir: Rusiya hərbçiləri Krımda yalnız Rusiya hərbi
aktivlərini qorumaq üçün yerləşib. Bu "özünümüdafiə qruplarıdır",
Rusiya hərbçiləri yox, onlar Krımdakı infrastruktur və hərbi
obyektləri nəzarətə götürüblər.
Faktlar: Ciddi sübut var ki, Rusiya xüsusi xidmətinin
nümayəndələri Krımda Ukrayna gücləri əleyhinə çox yaşı təşkil
olunmuş başlıca gücdür. Onlar xüsusi fərqlənmə nişanı olmayan forma
geyinsələr də, Rusiya nömrəli hərbi avtomobillərdə hərəkət edirlər,
əcnəbi jurnalistlər və ukraynalı hərbçilərlə söhbətdə sərbəst
şəkildə özlərini rus hərbçiləri adlandırırlar. Bundan əlavə, bu
adamlarda silah var, halbuki adi vətəndaşlar qaydalara görə silah
gəzdirməməlidir.
2. Putin deyir: Rusiyanın hərəkəti Rusiya ilə Ukrayna arasında
1997-ci ildə imzalanan dostluq haqqında müqavilənin pozulması
deyil.
Faktlar: 1997-ci ildə imzalanan müqavilə Rusiyadan Ukraynanın
ərazi bütövlüyünü tanımağı tələb edir. Rusiyanın hərbi fəaliyyəti
nəticəsində Krım üzərində operativ nəzarəti əldə etməsi açıq
şəkildə ərazi bütövlüyünün və suverenliyin pozulması deməkdir.
3. Putin deyir: Müxalifət eks-prezident Viktor Yanukoviçlə
fevralın 21-də imzalanan müqaviləyə əməl etməyib.
Faktlar: Fevralın 21-də imzalanan razılaşmada Ali Radanın
2004-cü ildə qüvvədə olan Konstitusiyaya qayıdışı haqda qərar qəbul
etməklə bağlı idi. Həmin müqaviləyə əsasən Yanukoviç sənədi 24 saat
müddətində imzalamalı idi ki, münaqişənin sülh yolu ilə
nizamlanmasına imkan yaransın. Bunun əvəzində Yanukoviç əşyalarını
toplayıb genişmiqyaslı korrupsiya sübutlarını saxlayaraq qaçıb.
4. Putin deyir: Ukrayna hökuməti legitim deyil. Yanukoviç
Ukraynanın legitim lideri kimi qalır.
Faktlar: Prezident Putin martın 4-də özü etiraf etdi ki,
Yanukoviçin siyasi gələcəyi yoxdur. Bundan əlavə, Yanukoviç
Ukraynanı tərk edəndən sonra özünün Regionlar Partiyası onun
əleyhinə çıxıb, hətta onun vəzifədən uzaqlaşdırılması və yeni
hökumətin dəstəklənməsinə səs verib.
5. Putin humanitar böhrandan danışır və Ukraynadan qaçan yüz
minlərlə insanın Rusiyada sığınacaq axtardığını iddia edir.
Fakt: Bu gün humanitar böhranla və Ukraynadan kütləvi şəkildə
insanların qaçmaları ilə bağlı heç bir fakt yoxdur. Ukrayna
sərhədçiləri ilə fəal ünsiyyətdə olan beynəlxalq təşkilatların da
araşdırması nəticəsində bu bəyanatın həqiqət olmadığı üzə çıxıb.
Sərhəddəki situasiyanı izləyən müstəqil jurnalistlər də qaçqınların
axını barədə heç bir məlumat vermirlər.
6. Putin etnik rusların təhlükə altında olduğundan danışır.
Faktlar: Rusiya dövlət kütləvi informasiyalarından başqa heç bir
mediada bu haqda xəbər yoxdur. Ukraynanın yeni hökuməti
situasiyanın dinc yolla nizamlanması ilə bağlı prioritet vəzifələri
müəyyənləşdirib və əvvəldən də bu mövqedə olub. Bundan başqa, yeni
hökumət yaranandan Kiyevdə də sakitlik hökm sürür. Siyasi
opponentlərə qarşı zorakılığın, qarətlərin artması baş
verməyib.
7. Putin Rusiya bazalarının təhlükə altında olduğunu deyir.
Faktlar: Rusiya hərbi obyektlərinə qarşı həmişə olduğu kim
təhlükə yoxdur və yeni hökuməti beynəlxalq təşkilatlar da bu
mövqeni saxlamağa çağırıblar. Amma Ukraynanın Krımdakı hərbi
obyektləri Rusiya ordusunun fəaliyyətin nəticəsində təhlükə ilə
üzləşib.
8. Putin deyir: Ukraynanın şərqində və cənubunda kilsələrə,
sinaqoqlara kütləvi hücumlarla bağlı faktlar var.
Faktlar: Ukraynanın dini liderləri və beynəlxalq dini icmaların
liderləri bəyan edirlər ki, bu ölkədə kilsəyə hücumla bağlı bir
hadisə belə baş verməyib. Ukraynadakı bütün konfessiyaların
liderləri, o cümlədən Ukrayna pravoslav kilsəsi siyasi liderləri
dəstəklədiklərin bəyan ediblər və milli həmrəyliyə, barışığa
çağırıblar. Ukraynanın cənubundakı və şərqindəki yəhudi icmaları
xəbər verir ki, onlar da antisemit insidentlərin artığını qeydə
almayıblar.
9. Putin deyir: Kiyev Krımdakı situasiyanı gərginləşdirməyə cəhd
göstərir.
Faktlar: Ukraynanın keçid hökuməti təmkinli davranın və dialoq
yollarını axtarıb. Rusiya ordusu, öz növbəsində siyasi məqsədə
çatmaq və Krımın infrastrukturuna nəzarəti ələ keçirmək üçün öz
dislokasiya yerindən kənara çıxıb. Kiyev hökuməti yubanmadan keçmiş
müdafiə nazirini situasiyanı sakitləşdirməyə yollayıb. Hakimiyyətin
dialoq üçün Krıma yolladığı sonuncu şəxs Pyotr Poroşenko muxtar
respublikanın parlamentinə buraxılmayıb.
10. Putin deyir: Ali Rada ekstremistlərin və terrorçuların
təsiri altındadır.
Faktlar: Ali Rada Ukraynada hakimiyyətin daha çox təmsilçilik
orqanıdır. Sonuncu qanun böyük əksəriyyətin səsverməsi ilə qəbul
olunub. Kiyevdəki etirazlar zamanı hüquq-mühafizə orqanları ilə
toqquşmalarda iştirak edən ultrasağçı qruplar parlamentdə təmsil
olunmurlar. Ukrayna hökumətinin ayrı-seçkilik siyasəti yürüdəcəyi
ilə bağlı heç bir məlumat yoxdur, əksinə açıq şəkildə bəyan edilib
ki, hüquq bərabərliyi prinsipinə uyğun siyasət aparılacaq
("modern.az").