Yuxarı

İsrail ABŞ-İran razılaşmasına mane ola bilər - Kəşfiyyat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail ABŞ-İran razılaşmasına mane ola bilər - Kəşfiyyat

ABŞ kəşfiyyat orqanları İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqton və Tehran arasında mümkün yekun razılaşmanı pozmağa yönəlmiş addımlar ata biləcəyindən narahatdır.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyası Netanyahu hökumətinin Prezident Donald Trampın İranla uzunmüddətli razılaşma əldə etmək səylərinə mane ola biləcəyi barədə xəbərdar edilib. Kəşfiyyat qiymətləndirmələrində İsrail rəhbərliyinin Livanda Hizbullaha qarşı əməliyyatları davam etdirmək niyyətində olduğu bildirilir. Halbuki Livanda hərbi fəaliyyətin dayandırılması ABŞ-İran razılaşmasının əsas şərtlərindən biri hesab olunur.

Nəşrin məlumatına görə, İsrail hakimiyyəti Vaşinqton və Tehran arasında müzakirə olunan memorandumun şərtlərindən narazıdır və onu İrana qarşı kifayət qədər sərt hesab etmir. ABŞ rəsmiləri hesab edirlər ki, İsrailin cənubi Livandan qoşunlarını çıxarmaqdan imtina etməsi belə mümkün razılaşmanı risk altına qoya bilər.

Tarix
2026.06.20 / 01:44
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla