Yuxarı

Budanov Polşanın dövlət mükafatından imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Budanov Polşanın dövlət mükafatından imtina etdi

Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Polşa Prezidenti Karol Navrotskinin tarixi mübahisə fonunda Ukrayna lideri Vladimir Zelenskini Polşanın ən ali ordenlərindən birindən məhrum etməsindən sonra Polşa dövlət mükafatından imtina etdiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

K.Budanov ötən il aldığı Polşa Respublikasının "Xidmətlərə görə" ordeninin Qızıl Zabit xaçından imtina etdiyini bildirib və Polşa tərəfinin qərarını Rusiya üçün "hədiyyə" adlandırıb.

"Xalqlarımızın həm qəhrəmanlıq, həm də faciəvi səhifələri özündə birləşdirən ortaq bir tarixi var. Ancaq bu, siyasi spekulyasiyaların yox, dərindən anlamanın mövzusu olmalıdır", - o, sosial şəbəkədə yazıb.

Xatırladaq ki, Polşa prezidenti iyunun 19-da Zelenskini Polşanın ən ali dövlət mükafatı - "Ağ Qartal" ordenindən məhrum etmək qərarına gəlib. Buna səbəb Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA qəhrəmanları" adının verilməsi haqqında fərmanı olub.

Tarix
2026.06.20 / 17:23
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla