Yuxarı

Ukrayna ordusu Belarusa hücum edə bilər - Polkovnik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna ordusu Belarusa hücum edə bilər - Polkovnik

Əgər Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynaya hücumlar üçün istifadə olunan Rusiya retranslyatorlarının öz ölkəsinin ərazisindən çıxarılması məsələsini həll etməsə, Ukrayna Müdafiə Qüvvələri onları məhv etməyə məcbur olacaq.

Axar.az xəbər verir ki, bunu ehtiyatda olan Ukrayna Silahlı Qüvvələri polkovniki, hərbi ekspert Roman Svitan Vladimir Zelenskinin Belarus-Ukrayna sərhədindəki silahlanma ilə bağlı Lukaşenkoya ünvanladığı ultimatumu şərh edərkən bildirib.

“Burada söhbət Belarus ərazisində yerləşən retranslyatorlardan gedir. Rusiya operatorları Ukrayna ərazisinə daxil olan dronları məhz onların vasitəsilə idarə edirlər. Bu sistemlər sayəsində dronları operativ şəkildə 150–200 kilometr dərinliyə qədər yönləndirmək mümkündür”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, məhz buna görə Volın, Rivne, Jitomir, Kiyev və Çerniqov vilayətləri bu hücumlara məruz qalır, baxmayaraq ki, dronların böyük hissəsi Ukrayna tərəfindən vurulur.

Svitan hesab edir ki, Lukaşenko bu retranslyatorların mövcudluğundan çox güman ki, xəbərdardır, lakin əvvəlki hallarda olduğu kimi, bundan xəbərsiz olduğunu göstərməyə çalışa bilər. O xatırladıb ki, Lukaşenko vaxtilə Rusiyanın Belarus ərazisi vasitəsilə Ukraynaya hücum edəcəyindən xəbərsiz olduğunu da bildirmişdi.

Tarix
2026.06.21 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla