Yuxarı

Antarktidada 510 zəlzələ aşkarlandı – Böyük müəmma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Antarktidada 510 zəlzələ aşkarlandı – Böyük müəmma

ABŞ və İspaniyadan olan alimlər dərin öyrənmə alqoritmlərindən istifadə edərək, Şərqi Antarktidadakı Devid buzlağının altında 100–150 kilometr dərinlikdə 510 zəlzələ aşkarlayıblar. Bu bölgədə seysmik aktivlik demək olar ki, qeyri-mümkün hesab edilirdi, çünki ərazi tektonik plitələrin sərhədlərindən uzaqda yerləşir.

Axar.az xəbər verir ki, tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub.

Məlumatlar 49 seysmik stansiyadan toplanıb. Süni intellekt əsaslı alqoritm dalğaları bir-birindən fərqləndirərək zəlzələ ocaqlarının yerini dəqiq müəyyən etməyə imkan verib. Yeraltı təkanların maqnitudası 1,6 ilə 3,5 arasında olub.

Tədqiqatçılar etiraf edirlər ki, orta dərinliklərdə baş verən plitədaxili zəlzələləri izah etmək xüsusilə çətindir, çünki yuxarı mantiyada yüksək temperatur və təzyiq şəraiti kövrək dağıntıların yaranmasına imkan vermir.

Bu hadisənin izahı geoloji xüsusiyyətlə bağlıdır. Belə ki, Şərqi Antarktidanın qalın və soyuq plitəsi ilə Qərbi Antarktidanın nazik və isti plitəsi arasındakı sərhəd gərginliyin toplanmasına səbəb olur. Aşağıdan isti mantiyanın, yuxarıdan isə ağır buzlağın yaratdığı təzyiqlə birlikdə bu amil böyük dərinliklərdə çatların əmələ gəlməsinə gətirib çıxarır.

Müəmmalı qalan məsələ 510 təkanın hamısının məhz Devid buzlağının altında cəmləşməsidir. Belə ki, oxşar şərait Transantarktika dağlarının digər hissələri boyunca da mövcuddur. Müəlliflər hesab edirlər ki, buna əlavə yerli amillər də təsir edə bilər.

Tarix
2026.06.21 / 11:41
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla