Yuxarı

Azərbaycanlı müəllim qapalı məhkəmədən imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı müəllim qapalı məhkəmədən imtina etdi

İyunun 28-də Kərəc İnqilab Məhkəməsinin ikinci bölməsində barəmdə açılan yeni iş üzrə keçirilməsi nəzərdə tutulan sifarişli məhkəmə iclasında iştirak etməyəcəyəm.

Axar.az xəbər verir ki, bunu hazırda Kərəcin mərkəzi həbsxanasında saxlanılan azərbaycanlı müəllim və ictimai fəal Məsud Fərhihxtə deyib.

O, ailəsi ilə telefon danışığı zamanı həbsdə olduğu müddətdə ona qarşı qaldırılan işlərə toxunaraq vurğulayıb:

“Həbsxana tələblərin sonu deyil, əksinə, zülmkar rejimin zülmünə qarşı durmağın növbəti başlanğıcıdır”.

O, həmçinin dörd dəfə təkadamlıq kamerada saxlanıldığını, təxminən beş ay ailəsi ilə görüşməkdən məhrum edildiyini və Kərəc məhkəməsinin istintaq şöbələrində barəsində iki yeni işin qaldırıldığını bildirib.

Məhbus müəllim bundan sonra İslam Respublikasının ədalətsiz, sifarişli və formal məhkəmələrinin heç bir qapalı keçirilən iclaslarına qatılmayacağını deyib.

Qeyd edək ki, Albürz əyalətinin İslamşəhr şəhərində yaşayan müəllim və ictimai fəal Məsud Fərhihxtə ötən ilin avqust ayında 4 il 1 ay 17 gün həbs cəzasına məhkum edilib.

O, “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” və “hökumətə qarşı təbliğat”da günahlandırılıb.

Tarix
2026.06.25 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla