Azərbaycanın Su-25-ləri təlimə cəlb olundu - Foto
18:45
| Ana səhifə Planet |
|
Minskdə Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndələri ilə görüşdüm, razılığa gəldik ki, Belarus Ukraynaya qarşı müharibəyə cəlb edilməməlidir.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Zelenskinin nümayəndələri bu yaxınlarda burada idilər. Mən onlara birbaşa dedim: “Siz bunu prezidentinizə çatdırın: əgər o düşünürsə ki, bizimlə bu cür danışmaq, üstəlik bizi müharibəyə cəlb etmək olar, onda başa düşməlidir ki, müharibənin xarakteri dərhal dəyişəcək. Bu müharibə tamamilə fərqli olacaq. Yeri gəlmişkən, cavabı da aldıq: prezident və onlar bunu başa düşürlər”, - o bildirib.
|
Tarix
2026.06.25 / 17:48
|
Müəllif
Zeynəb Əkbər
|