Yuxarı

Avropada kabus ssenari: Rusiya hücum etsə, ABŞ...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropada kabus ssenari: Rusiya hücum etsə, ABŞ...

ABŞ Prezidenti Donald Tramp Amerika ilə NATO-ya üzv Avropa ölkələri arasındakı münasibətlərdə strateji qeyri-müəyyənlik yaradıb. Nəticədə müttəfiqlər artıq ABŞ-ın Rusiyanın mümkün təcavüzü halında onlara hərbi dəstək verəcəyinə əvvəlki kimi əmin deyillər.

Axar.az xəbər verir ki, bu barədə "Quardian" məlumat yayıb.

Məlumata görə, bu narahatlıq xüsusilə Baltikyanı ölkələrdə və Polşada daha kəskin hiss olunur:

"Bağlı qapılar arxasında siyasətçilər Rusiyanın mümkün hücumu halında ABŞ-ın müdaxilə etməyəcəyi ssenarisini müzakirə edirlər. Əvvəllər bu cür müzakirələr yalnız nəzəri xarakter daşıyırdı, lakin indi onlar tədricən praktik planlaşdırma müstəvisinə keçir. Avropa paytaxtlarında ABŞ-ın mümkün müdaxilə etməyəcəyi ssenarisi getdikcə daha çox müzakirə olunur.

Bu isə həmin ölkələri öz müdafiə strategiyalarına yenidən baxmağa və Avropanın müstəqil müdafiə imkanlarının gücləndirilməsinə daha çox diqqət ayırmağa vadar edir. Trampın Ağ Evə qayıdışından sonra Şərqi Avropa ölkələrini getdikcə daha çox bir kabus ssenarisi düşündürür: əgər Rusiya hücum etsə, ABŞ döyüşə qoşulmasa nə baş verər?".

Tarix
2026.06.29 / 08:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla