Yuxarı

Gürcüstanın sabiq müdafiə nazirinə hökm oxundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanın sabiq müdafiə nazirinə hökm oxundu

Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Axar.az APA-ya istinadla xəbər verir ki, hökmü Tiflis Şəhər Məhkəməsi elan edib.

Keçmiş nazir Gürcüstanda konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə və hakimiyyətin devrilməsinə çağırışlar etməkdə ittiham olunurdu.

Baço Axalaya hökmün elanında iştirak etməyib, buna görə də son söz demək hüququna malik olmayıb.

Qeyd edək ki, Baço Axalaya ötən ilin dekabrında oktyabrın 4-də Tiflisdə Gürcüstan prezidentinin sarayına basqın işinə görə saxlanılmışdı. Sabiq nazirə qarşı yeni ittiham onun iş üzrə məhkəmə iclasında söylədiyi "Biz İvanişvilini və onun hökumətini devirəcəyik, mütləq devirəcəyik" sözlərindən sonra irəli sürülüb.

Xatırladaq ki, Baço Axalaya Gürcüstanın müdafiə naziri vəzifəsini 2009-2012-ci illərdə tutub. O, 2012-ci ilin noyabrında istefada olan polkovnik Serqo Tetradzenin ölümü işi üzrə həbs olunub, 2018-ci ildə 9 il müddətinə azadlıqdan məhrum edilib və 2022-ci ilin martında azadlığa buraxılıb.

Tarix
2026.07.06 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla