Yuxarı

İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən qovur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən qovur

İtaliya hökuməti Rusiyanın Romadakı səfirliyinin iki hərbi attaşesini casusluq fəaliyyəti ilə əlaqədar ölkədən çıxarmaq qərarı verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani X hesabında bildirib.

Nazirin sözlərinə görə, İvan Qorbaçov və Mixail Astaxov üç gün ərzində Romanı tərk etməlidir.

"İtaliya hökuməti Roma Prokurorluğunun istintaqı zamanı üzə çıxan casusluq fəaliyyətinə görə Rusiya Federasiyasının İtaliyadakı səfirliyinin iki hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib. Xarici İşlər Nazirliyinin baş katibi bu barədə Rusiyanın Romadakı səfirini məlumatlandırıb. İvan Petroviç Qorbaçov və Mixail Vasilyeviç Astaxov üç gün ərzində Romanı tərk etməlidirlər.

Moskva Qərbə və İtaliyaya qarşı hibrid vasitələrindən istifadə etməyə davam edir. Bu, İtaliya dövlət institutlarına və milli təhlükəsizliyə qarşı ciddi və qəbuledilməz müdaxilədir", - Tayani qeyd edib.

Tarix
2026.07.09 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İsrail Suriyaya zərbə endirdi

Bütün region bunun bədəlini ödəyir - Ərdoğan

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla