Yuxarı

Türkiyədə idarəetmə sistemi dəyişir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə idarəetmə sistemi dəyişir?

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası planlaşdırılan konstitusiya islahatları çərçivəsində respublikanın yarı-prezident idarəetmə formasına keçməsi məsələsini müzakirə edir.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomim” qəzeti məlumat yayıb.

“Prezident və parlament respublikasının xüsusiyyətlərini özündə birləşdirən qarışıq sistemə keçməyin məqsədəuyğunluğu parlamentin gücləndirilməsi və hakim partiyanın çoxluğunu təmin etmək zərurətindən irəli gəlir. İslahatların bir hissəsi olaraq, xüsusən də təkmandatlı seçki sisteminə keçmək təklif olunur. Bu məsələ Türkiyə Demokratiya Fondunun nümayəndələri tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda keçirilən görüşdə qaldırılıb”, - məlumatda deyilib.

Hələlik hakimiyyət nəşrin iddialarına münasibət bildirməyib, lakin Ərdoğan özü bundan əvvəl dəfələrlə respublikanın prezident idarəetmə formasından parlament sisteminə qayıtması imkanları ətrafında polemikanı faydasız hesab etdiyini bəyan edib.

Qeyd edək ki, Türkiyə 2017-ci ildə keçirilən ümumxalq referendumunda konstitusiya dəyişikliklərinin qəbul edilməsindən sonra 2018-ci ildə prezidentlik sisteminə keçib.

Tarix
2026.07.21 / 14:34
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə...

Hikmət Hacıyev Tural Sadıqlını bu sözlərlə darmadağın etdi - Video

Bakı ilə razılığa gəldik, mühüm siqnaldır - Merz

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla