Yuxarı

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

15:58

İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniyanın Federal Kansleri Fridrix Merts ilə geniş tərkibdə görüşü olub.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Almaniya arasında strateji gündəliyə dair imzalanmış sənədin əhəmiyyəti vurğulandı. Həmçinin sənəddən irəli gələrək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupların yaradılması və bu istiqamətdə sistemli işin aparılmasının vacibliyi qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol qeyd olundu, həmçinin Orta Dəhlizin əhəmiyyəti vurğulandı. Eyni zamanda, iki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunuldu və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Federal Kansler Fridrix Merts Azərbaycanla Ermənistan arasında sülh gündəliyi istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. O, Almaniyanın regionda sülhün gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və hər zaman buna dəstək verməyə hazır olduğunu bildirdi.

Tarix
2026.07.21 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla