Yuxarı

Azərbaycanlı ulduzlara qarşı kampaniya aparılır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı ulduzlara qarşı kampaniya aparılır

İran futbol tarixinin ulduzları olan ərdəbilli Əli Dai və Kərim Bağiriyə qarşı kampaniya başladılıb.

Axar.az xəbər verir ki, bu haqda sosial şəbəkə və bəzi media orqanlarında məlumatlar paylaşılıb.

Xüsusən sərt xətt tərəfdarı olan siyasi cərəyanlara bağlı sosial media kanalları adı çəkilən azərbaycanlı idmançıları “vətən xaini” adlandırırlar.

Onların iddiasına görə, Əli Dai və Kərim Bağiri müharibə ilə bağlı mövqe bildirmədikərinə görə düşmən qüvvələrin tərəfini saxlamış olurlar.

Həmin sosial media kanallarında “hamam böcəyi” adlandırılan azərbaycanlı ulduzların müharibədə ölənlər barəsində şəhid ifadəsi işlətməmələri də müzakirəyə çıxarıb və bunun məqsədli olduğunu iddia ediblər.

Paylaşımlarda Dai və Bağirinin cəzalandırılmaları tələb olunub.

Qeyd edək ki, ərdəbilli Əli Dai əfsanəvi futbolçu, məşqçi və iş adamıdır. O, uzun müddət İran milli yığmasında ən çox qol vuran futbolçu kimi tanınıb.

Kərim Bağiri isə İran milli komandanın yarımmüdafiəçisi və məşqçi olub. Bundan əvvəl Təbrizin “Traktor” komandasında da çıxış edən Bağiri hazırda Tehranın “Perspolis” komandasının məşqçisidir.

Hər iki şəxs həm də hökumətə qarşı tənqidi mövqeləri, etirazçılara qarşı repressiyalara etirazları ilə tanınıblar.

Tarix
2026.07.21 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla