Yuxarı

Bu, Ukrayna üçün məğlubiyyət demək deyil - Kutarba

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Ukrayna üçün məğlubiyyət demək deyil - Kutarba

NATO-ya üzvlükdən imtina Ukrayna üçün məğlubiyyət demək deyil. Bu ssenari yeni güc balansının formalaşmasının xəbərçisi ola bilər. Belə bir vəziyyətdə Ukrayna Rusiyanın qarşısında "sədd" rolunu oynayacaq, Avropa isə onun hərbi arxa cəbhəsinə çevriləcək.

Axar.az xəbər verir ki, bunu polşalı siyasi ekspert Marek Kutarba Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının NATO ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Kutarbanın sözlərinə görə, Zalujnı öz çıxışında Ukraynanın NATO-ya qapılarının bağlanmasını deyil, hələ də II Dünya müharibəsi dövrünün qərarlarına əsaslanan bir quruma üzv olmağın çətinliyini vurğulayıb. O, həmçinin Alyansın hərbi potensialını tənqid edərək bildirib ki, NATO-nun Rusiyanın səviyyəsinin heç olmasa yarısına çatmasına imkan verəcək standartlara nail olması üçün 12 il lazım olacaq.

"Ukrayna üçün NATO üzvlüyü artıq ölüm-qalım məsələsi deyil. Dörd ildən artıq davam edən müdafiə müharibəsindən sonra vəziyyət köklü şəkildə dəyişib. Paradoks ondadır ki, müəyyən mənada NATO artıq Ukrayna üçün əvvəlki qədər zəruri deyil", - ekspert vurğulayıb.

Tarix
2026.08.06 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla