Yuxarı

Kreml öhdəlik qoydu: 409 min nəfər orduya göndərilməlidir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml öhdəlik qoydu: 409 min nəfər orduya göndərilməlidir

Kreml regionların qarşısına bu il 409 min rusiyalını müharibəyə göndərmək öhdəliyi qoyub.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Moskva hər il cəbhəyə göndərmək üçün əsgər tapmaqda getdikcə çətinlik çəkir. Putin hazırda yeni səfərbərlik dalğasını təxirə salır, buna görə də Rusiya Müdafiə Nazirliyi müqavilələr imzalamaq üçün vətəndaşlara getdikcə daha çox təzyiq göstərməli olur.

Ölkə rəhbərliyi regional hakimiyyət orqanlarına illik 409 min nəfərlik plan çərçivəsində kvotalara əməl etməyi tapşırıb. Buna cavab olaraq, regional orqanlar küçə basqınları və tələbələri aldatmaq da daxil olmaqla getdikcə daha sərt metodlara əl atırlar”, - nəşr bildirib.

Qeyd olunub ki, irimiqyaslı müharibə başlayandan bəri təxminən 500 min Rusiya hərbçisi öldürülüb:

“Əgər Rusiya hərbçi sayını artıra və ya səfərbərlik edə bilməsə, onun bölmələri tükənməyə davam edəcək və bu da onları zəiflədəcək. Hücum səyləri nəinki dayanacaq, həm də sonda döyüş meydanında ciddi uğursuzluqlarla üzləşəcək”.

Tarix
2026.08.10 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla