Yuxarı

İraqlı deputat: “Türk konsul ölkədən qovulmalıdır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İraqlı deputat: “Türk konsul ölkədən qovulmalıdır”

Türkiyə konsulu dərhal Bağdaddan qovulmalıdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraq parlamentinin üzvü Zeynəb Arif Bəsri söyləyib. Onun sözlərinə görə, İraq artıq Osmanlının bir əyaləti deyil:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizin daxili işlərinə qarışmamalıdır. Ərdoğan Baş nazir Heydər Abadi ilə danışarkən diplomatik ədəbə riayət etməlidir. Hökumətdən Türkiyə konsulunu ölkədən çıxarmasını istəyirik".

Qeyd edək ki, bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq baş naziri ilə danışmaq istəmədiyini və onu öz səviyyəsində görmədiyini bildirib.

Son günlər İraqla Türkiyə arasında münasibətlər gərginləşib. Türkiyənin İraqın Başika şəhərində əsgər yerləşdirməsi və Mosul əməliyyatına qoşulmaq istəməsi Bağdadı narahat edib. Rəsmi Bağdad türk ordusunun ölkədən çıxmasını tələb edib.

Tarix
2016.10.12 / 16:32
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla