Yuxarı

Səddamın Nyu Yorkda işgəncə düşərgəsi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səddamın Nyu Yorkda işgəncə düşərgəsi...

Səddam Hüseynin hakimiyyəti dövründə İraqın BMT-dəki daimi nümayəndəliyinin binasının zirzəmisində işgəncələr üçün gizli otaq var idi.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Nyu York Tayms" qəzeti yayıb. Qəzet bu otağın ABŞ-da yaşayan iraqlıların təsir altına salınması üçün istifadə edildiyini bildirib:

"Bunun sayəsində onları ya öz ölkələrinə qohumlarının yanlarına göndərməyə, ya da Bağdad hökuməti ilə əməkdaşlığa məcbur edirdilər. Otaq çox qaranlıq olurdu. Otağın qapıları həddən artıq möhkəm idi. Buradan ümumiyyətlə heç bir səs eşidilmirdi. Səddam Hüseynin hakimiyyəti dönəmində belə gizli işgəncə otaqları İraqın demək olar ki, əksər səfirliklərində mövcud olub. Bu tip otaqlar xüsusilə Şərqi Avropa və ərəb ölkələrində daha geniş istifadə edilib".

Qeyd edək ki, Səddam Hüseyn 1979-2003-cü illərdə İraqı idarə edib. ABŞ-ın İraqa müdaxiləsi nəticəsində hakimiyyətdən devrilib və həbs edilib. Bir müddət sonra isə məhkəmənin qərarı ilə edam olunub.

Tarix
2016.10.13 / 10:46
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla