Yuxarı

SMS-lər insanın əsəbini pozur - Psixoloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
SMS-lər insanın əsəbini pozur - Psixoloq

"Mən adam tanıyıram ki, onlar bu SMS-lərdən sonra əsəbdən telefonu çırpıb sındırıblar".

Bunu "Axar.az"a aldadıcı SMS-lərlə bağlı danışan psixoloq Dəyanət Rzayev deyib:

"Bu mesajları müxtəlif formada qarşılayan insanlar var. Adam var ki, həmin SMS-ləri əyləncəli hesab edir və bu onun üçün problem yaratmır. Amma əksəriyyət insanlar bu SMS-lərdən əsəb keçirir. Hər gün 5-10 manat çörək pulu dalınca qaçan insanlar var ki, onların, necə deyərlər, başını qaşımağa vaxtı yoxdur. Həmin insanlar vacib SMS-lər gözlədikləri halda bu tipli mesajlarla qarşılaşırlar və istər-istəməz bu hal onlarda əsəb yaradır. Mən adam tanıyıram ki, onlar bu SMS-lərdən sonra əsəbdən telefonu çırpıb sındırıblar. O üzdən mən hesab edirəm ki, bu hər hansı bir formada tənzimlənməlidir".

Mesajlar mənasız və bezdiricidir

Bir neçə gün əvvəl parlamentin iclaslarından birində mobil operatorların hər gün istifadəçilərin mobil telefonlarına müxtəlif xarakterli reklam SMS-lərini göndərməsi və istehlakçıların hüquqlarının kobud şəkildə pozması ilə bağlı müzakirə keçirilib. Millət vəkili Elmira Axundova həmin mesajların onu da bezdirdiyini vurğulayıb:

"Həmin mesajlar mənasız və bezdiricidir. Gün ərzində müxtəlif firmaları reklam edən mesajlar alıram. Bundan başqa, belə mesajlarda insanları aldatmaq, mənasız oyunlara, yarışlara cəlb etmək halları kifayət qədərdir. Ən əsası odur ki, bu mesajları açanda abunəçinin balansından pullar silinir. Nəzərə alsaq ki, bir ailədə beş-altı mobil telefon var, onda ailə büdcəsinə dəyən ziyanı təsəvvür etmək çətin deyil. Bu hal daha çox "Bakcell" Mobil operatorunda müşahidə olunur. Mən müraciət edirəm ki, mobil operator müştərinin razılığı olmadan belə mesajların gəlməsini dayandırsın. RİTN də bunun qarşısını almaq üçün tədbirlər görsün".

Xatırladaq ki, şikayətlər təkcə bir mobil operatora deyil, bütün mobil operatorlara qarşı yönəlib. Mobil operatorlar isə həmin xidmətlərin ayrı-ayrı firmaların həyata keçirdiyini, mesajların göndərilməsinə və həmin SMS-lərin məzmununa görə onların məsuliyyət daşımadığını qeyd edirlər.

Tarix
2014.03.10 / 23:58
Müəllif
Tural İbadov
Digər xəbərlər

Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı

İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla